BLOQTVAZ

Новостной портал Азербайджанцев России

«İrəvandan başlayan və Gəncədə sona çatan müqəddəs bir müəllim ömrü»

Müəllim yalnız dərs deyən sadəcə bir-iki saat sinif otaqlarında şagird və tələbələrlə təmasda olan bir şəxs adi tərbiyəçi deyil.O, zaman və gənclik arasında körpü yaradan öz şəxsiyyəti ilə nümunə göstərən sabahın qurucularını hazırlayan, millətin gələcəyi üçün böyük məsuliyyət daşıyan bir varlıqdır. 20- ci əsr tarixi xalqımızın həyatında bir sıra faciələr və eyni zamanda önəmli tarixi uğurlarımızın əldə olunduğu bir dövrdür.Bu dövr ölkəmizdə milli-demokratik hərəkatın pik nöqtəyə çatdığı və yenidən müstəqilliyimizi qazandığımız bir mərhələdir.20- ci əsr eyni zamanda ölkəmizdə milli şüurun inkişaf etdiyi və maarifçi pedaqoji cərəyanın uğurlu fəaliyyət göstərdiyi bir dövrdür.1906- cı ilin avqust ayında Bakıda Azərbaycan Müəllimlərinin 1- ci Qurultayi keçirilmişdir.20- ci əsrin müqəddəs müəllim ömürlərindən biri də tarixi Azərbaycan torpağı olan İrəvanda başlamışdır.

Hüseynova Sona Hüseyn qızı 1926- cı ilin dekabr ayında İrəvan şəhərində kasıb bir ailədə dünayaya göz açmışdır.Orta təhsilini bitirdikdən sonra 1942- ci ildə İrəvan Pedaqoji Universitetinin Coğrafiya fakultəsinə qəbul olmuşdur.1944- cü ildə İrəvan Pedaqoji Universitetində həmin fakultə fəaliyyətini dayandırdığına görə, 1944- cü ildə Bakıya gələrək öz təhsilini Nəsirəddin Tusi adına Azərbaycan Pedaqoji Universitetində davam etdirmişdir.1946-cı ildə həmin Universiteti əla qiymətlərlə bitirərək təyinatını ən qədim və tarixi şəhərlərimizdən biri olan Gəncə şəhərinə almışdır.Gənc 20 yaşlı müəllimənin müqəddəs müəllim həyatı beləcə başlamışdır.O, 1946- cı ildən -1990- cı ilə kimi Gəncə şəhəri Mirzə Abbas Abbaszadə adına 20 saylı tam orta məktəbdə Cografiya fənnini tədris etmişdir.Bu illər ərzində o minlərlə şagirdə dərs demiş və onların bir şəxsiyyət olaraq yetişməsində böyük rol oynamışdır.O, müəllim kollektivi və şagirdlər arasında böyük hörmətə malik olmuşdur.Şagirdlərinin dediyinə görə o çox ciddi, savadlı və məsuliyyətli bir müəllim olmuşdur.44 illik müəllim həyatında çox böyük uğurlar qazanmışdır.Onun dərs dediyi şagirdlərin sırasından neçə-neçə müəllimlər, həkimlər, mühəndislər, hüquqşunaslar və.s peşə sahibləri yetişmişdir.Sona müəllim öz dərslərini hər zaman böyuk sevgi və məhəbbətlə keçmişdir.Onun əziz xatirəsi əzizlərinin  və şagirdlərinin qəlbində hər zaman yaşayacaqdır.Şagirdləri onun xəritə ilə dərsi necə maraqlı keçdiyini və xəritədəki ölkələrin yerini xəritəyə baxmadan üzü şagirdlərə doğru ola-ola göstərdiyini qeyd edirlər.Sona müəllimənin ömrünü həsr etdiyi müqəddəs müəllim həyatının ən böyuk uğuru və qazancı şagirdlərinin ona olan böyük sevgisi və hörməti olmuşdur.

O, həm də gözəl və qayğikeş bir Ana idi.Onun ailəsində igid və vətənpərvər bir əsgər, zabit yetişmişdir. Onun oğlu,ehtiyyatda olan polkovnik-leytenant Əliyev Ceyhun Məmməd oğlu, Müstəqil Azərbaycanımızın ən peşəkar zabitlərindən biri olmuşdur.Sona müəllimə ömrünün ahıl çağlarını dörd nəvəsi və ailəsi bir yerdə keçirmişdir.Həmin nəvələrdə bu gün onun yolunu layiqincə davam etdirirlər.Böyük nəvəsi Əliyeva Sübhanə Ceyhun qızı İngilis-dili müəllimi,oğul nəvəsi Əliyev Fərman Ceyhun oğlu Bakı Dövlət Universitetinin Tarix fakultəsini bitirərək, bu gün gələcək nəsillərimizin yetişməsində öz müqəddəs borclarını şərəf və ləyaqətlə yerinə yetirməkdədirlər.Müqəddəs olan müəllimlik deyil,müqəddəs olan müəllimdir.O, adı müqəddəsləşdirən ömrünü bir şam kimi əridərək başqalarına işıq və həyat verən dəyərli müəllimlərimizdir.Sona müəllimə ömrünün 92- ci baharında 2018- ci ildə Gəncə şəhərində gözlərini əbədi yumaraq haqq dünyasına qovuşmuşdur.Yaxşı müəllim susuz torpağa can verən yağişdan da  qiymətlidir,yağişla torpaq dincələr,müəllimlə bütün bəşəriyyət.Bax, Sona müəllimə belə müəllimlərdən idi.Fikrimi türk dünyasının böyük şəxsiyyətlərindən biri olan, Mustafa Kamal Atatürkün sözləri ilə bitirmək istəyirəm:Bir cəmiyyətin millət ola bilməsi üçün mütləq müəllimlərə ciddi ehtiyyacı var,onlar cəmiyyəti həqiqi bir millət halına gətirirlər.Uca Allah sənə rəhmət eləsin, əziz  Sona müəllimə.Ruhun Şad olsun.                                                                                           

  Müəllif: Əliyev Fərman Ceyhun oglu.

Поделиться

Один комментарий к “«İrəvandan başlayan və Gəncədə sona çatan müqəddəs bir müəllim ömrü»

  1. Allah qeni-qeni rehmet elesin, ruhu şad,mekanı cennet olsun!!!

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *