BLOQTVAZ

Новостной портал Азербайджанцев России

Ermənistanı müstəqil ölkə kimi tanımayan nüvə dövləti.

Müstəqil Azərbaycan Respublikasının dünyanın əksər dövlətləri ilə yaxın iqtisadi,ticarət və dostluq əlaqələri vardır.1991-ci il oktyabr ayının 18-də yenidən öz suverenliyini əldə edən Azərbaycan Respublikasının müstəqilliyini  ilk olaraq bir neçə dövlət tanımışdır.İlk olaraq qardaş Turkiyə,daha sonra isə Rumıniya və Pakistan ölkəmizin müstəqilliyini tanımışdır.Azərbaycan Respublikasına ən yaxın dost və qardaş ölkələrdən biri də Pakistandır.İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulub.Bakıda Pakistan səfirliyinin əsası 1993-cü ilin martında qoyulmuşdur.1997-ci ildə isə İslamabadda Azərbaycan səfirliyinin əsası qoyulmuşdur.
Pakistan İslam Respublikası Cənub — Qərbi Asiyanın qüdrətli dövlətlərindən biridir.Əhalisinin sayına görə dünyada 6-cı yerdədir.Pakistan dünyada nüvə silahına malik  bir neçə ölkədən biridir.Azərbaycan və Pakistan arasında dostluq əlaqələrinin əsasının qoyulması xalqımızın dəyərli oğlu, tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır.Böyük xeyriyyəçimizin Pakistan xalqına etdiyi yaxşılıq iki ölkə və xalq arasında qardaşlıq münasibətlərinin əsasını qoymuşdur.Belə ki, 20-ci əsrin əvvəllərində Pakistan ərazisi B.Britaniyanın müstəmləkəsi olan zaman yerli əhali arasında kütləvi pandemiya yayılıb.İnsanlar bu xəstəlikdən kütləvi şəkildə ölürdü.Həmin vaxt azərbaycanlı milyonçu H.Z.Tağıyev öz şəxsi vəsaiti hesabına 300 min ampula peyvənd alaraq indiki Pakistan ərazisinə göndərir.Bu yardım nəticəsində orada pandemiyanın qarşısı alınır.
Bu xeyirxah əməli heç bir zaman unutmayan Pakistan xalqı 1947-ci ildə öz müstəqilliyini elan etdikdən sonra bu faktı öz tarix kitablarına və dərsliklərinə daxil edirlər.Ona görə də bu gün 220 milyonluq Pakistan xalqı və dövləti Hacı Zeynalabdin Tağıyevi unutmurlar.Pakistan xalqı bu gündə onun ruhunu hörmətlə yad edir və onun ruhuna çoxlu dualar edirlər.Ən önəmli məqamlardan biri isə Pakistan İslam Respublikası indiyə kimi Ermənistanı müstəqil dövlət kimi tanımır.Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı tam dəstəkləyən dövlətlərdən biridir.2016-cı il aprel ayında Azərbaycan və Ermənistan arasında baş verən müharibədə Pakistan Azərbaycanı dəstəkləyən ilk ölkələrdən biri oldu.Son olaraq 2020-ci il iyul ayının 12 də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan ordusunun təxribatı nəticəsində baş verən müharibədə olkəmizi yenədə ilk olaraq qardaş Türkiyə və Pakistan dəstəklədi.Bu gündə iki dost və qardaş ölkə olan Azərbaycan və Pakistan arasında hərbi, iqtisadi,siyasi və mədəni əlaqələr yüksələn xətlə davam etməkdədir.
          Yaşasın Azərbaycan və Pakistan dostluğu və qardaşlığı.

Əliyev Fərman Ceyhun oğlu.

Поделиться

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *