BLOQTVAZ

Новостной портал Азербайджанцев России

Ölkəmizdən xaricdə yaşayan soydaşlarimiza Moskva ş. «ƏHLI-BEYT» Islam cəmiyyətinin sədri Nizami Baloglanovun mūraciəti.

Ölkəmizdən xaricdə yaşayan azərbaycanlılar.          Biz xaricdə yaşasaq da vətən məhəbbəti qəlbimizdədir. Bizi yaşadan, güc verən də budur. Xaricdə vətənimizi sevdirmək üçün xalqımızın mənafeyi tələb edənləri təbliğ etməli, onun uğrunda çalışmalıyıq.İnsan üçün vətəndən, doğma torpaqdan əziz nemət yoxdur, vətənsiz insan çox gücsüzdür. Xaricdə yaşayan hər bir azərbaycanlı gərək öz vətəninin əsl səfiri olsun, həm əxlaq, həm də iş baxımından. Harada yaşamasından asılı olmayaraq, insan vətənini unutmamalıdır. Biz böyük ədəbiyyatın, zəngin, tükənməz mədəniyyətin yaradıcısı olan, bəşəriyyətə böyük dühalar bəxş etmiş bir xalqın təmsilçiləriyik. Bizi əsrlər boyu talan edənlər, tariximizə, mədəniyyətimizə həqarətlə baxanlar, tarixin bir küncünə sıxmağa çalışanlar bu həqiqəti bilməlidirlər. Diaspor quruculuğu milli dövlətçiliyin tərkib hissəsidir. Azərbaycan xalqı  tarixin ədalətsiz gərdişi səbəbindən bütün dünyaya səpələnmişdir. Diaspora təşkilatları azərbaycanlıları xarici ölkələrdə birləşdirməlidir. Azərbaycanın tarixini, mədəniyyətini, mənəviyyatını var-gücumizlə təbliğ etməli, bütün dünyada ayağa qalxaraq, xalqımızı ləyaqətlə təmsil və təbliğ etməliyik.    İnsan həyatı boyu axtarışdadır, axtardığını tapdıqda ünsiyyət yaradır, bu ünsiyyət dostluğa cevrilir, birlik yaranır. İnsanları qan deyil, ruh qohumluğu, eyni düşüncə tərzi, eyni baxışlar, eyni mübarizə yolları, əqidə birləşdirir, müxtəlif dəyərləri eyni cür görənlər birləşirlər bir- birlərini dəstəkləyərək qruplaşırlar. Bizdə vətən övladı kimi, milli mənəvi dəyərlərimizə dəyər verərək birləşməliyik. Nə qədər ki, Qarabağ problemi həll olunmayıb, bu, bizim bir nömrəli vəzifəmiz olaraq qalır. Bu istiqamətdə,  çox işlər görülməlidir. Azərbaycan diaspor təşkilatları,   Dünyanın hər yerində, ən mötəbər təşkilatlarda Ermənistanın işğalçı  siyasətinin ifşa olunmasına çalışmalıdır. Erməni faşistlərinin törətdikləri cinayətləri, vəhşilikləri dünyanın diqqətinə çatdırmalıyıq. Azərbaycanın zəngin mədəniyyətini təbliğ emək, onun layiqli qiymət almasına çalışmaq  hər bir soydaşımızın mənəvi borcuna çevrilməlidir. Biz İlk növbədə, bir və həmrəy olmalıyiq. Biz, bütün dünya azərbaycanlıları müstəqil Azərbaycan dövlətinin ətrafında bir yumruq kimi birləşməliyik. Bu gün dünya siyasətində öz yeri, öz nüfuzu olan Azərbaycan dövləti hər bir soydaşımızın qürur və iftixar mənbəyi olmalıdır. Qürbətin  abı-havası, ağırdır. Mühacirətin nə olduğunu bu hissləri yaşayanlar bilər. Mühacirət  sözünün məna yükü də ağırdır. Mühacir olmaq həyatda ikinci dəfə doğulmaqdır. Necə ki, insan məhbəsdə olanda onun psixologiyası, beyni, şüuru itiləşir, hər çətinliyə, əzaba, iztiraba hazır olur. O zaman vətən, millət anlamları insan üçün daha böyük məna daşıyır. Mühacirət təkcə vətəndən xaricdə yaşamaqla bitmir. Mühacir qürbət çörəyi yesə də vətən havası ilə yaşayır. O, gərək vətənin maraqlarını, dərd-sərini, ağrı-acısını yaşadığı ölkəyə çatdıra bilsin. Azərbaycanlilar yer kürəsinin hər yerində sadə, mərd, xeyirxahdırlar. Dünyanın heç bir ölkəsində bizdəki qədər başqa xalqlara və dinlərə dözümlü, tolerant münasibət yoxdur. Azərbaycanlılar həm də çox zəkalı, istedadlı insanlardır. Bütün bunlar böyük sərvətimizdir. Biz gördüyümüz işə dəyər verməli, özümüzü qiymətləndirməliyik. Biz öz dəyərimizi bilməsək, başqaları bizi sevməyəcəklər.
Bu gün bizim əsas məramlarımızdan biri Azərbaycan həqiqətlərini  dünyaya çatdırmaqdır. Biz  varlığımızla vətənə bağlı olmasaq, bunu edə bilmərik. Vətəni sevmək azdır, onu sevdirmək lazımdır. Bu böyük missiya bizim, bugünkü nəsillərin üzərinə düşür. Biz əlimizdən gələni edirik və gələcək nəsillər də bu estafeti davam etdirməyə çalışmalıdırlar. Dünyada bu gün ağlın, intellektin yarışı gedir. Hansı xalq təhsilə, elmə fikir verirsə, o, daha irəli gedir. Geri qalanların acı taleyi də gözlərimiz önündədir. Biz bu sahədə  durmadan işləməliyik, çalışmalıyıq. Azərbaycan xalqı özünün ağlını, fəhmini, intellektini ortaya qoymalıdır. Biz istedadlı gənclərimizə qayğı göstərməliyik, onların dünyanın ən yaxşı ali təhsil məktəblərində mükəmməl bilik almaları üçün şərait yaratmalıyıq. Xalqımızın  haqq işində qələbə çalması üçün Allah-təaladan kömək istəməliyik.

Moskva ş. «ƏHLI-BEYT» Islam cəmiyyətinin sədri Nizami Baloglanov.


PATRIOT TV

Поделиться

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *