BLOQTVAZ

Новостной портал Азербайджанцев России

Первый вечер поэзии посвященный творчеству Хуршидбану Натаван. ВИДЕО

Söz ilə əməlin vəhdəti işgüzar münasibətlərin əsas komponentidir. Bu fikri cəsarətlə Moskvadakı azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin fəaliyyətinə şamil etmək olar. Belə ki, cəmi 2 aydan da az müddət əvvəl Milli-Mədəni Muxtariyyətin nəzdində “Qadınlar birliyi” yaradılmışdır.

Dekabrın 23-də isə birliyin ictimai cəhətdən fəal xanımlarının iştirakı ilə maraqlı görüş baş tutmuşdur. Diasporanın ofisində keçirilən bu görüş görkəmli Azərbaycan şairəsi X.B. Natəvanın 190 illik yubileyinə həsr olunmuşdur.

Tədbiri giriş sözü ilə açan Diasporanın sədti Bəxtiyar Həsənov milli adət-ənənlərimiz və tarixi şəxsiyyətlərimizlə bağlı bu qəbildən olan görüşlərin vaxtaşarı keçirilməsinin vacibliyini vurğulamışdır.

Поделиться