BLOQTVAZ

Новостной портал Азербайджанцев России

Fizuli Məmmədovu təhqir etdikləri üçün Xural Tv rəhbəri Əvəz Zeynalı və Reaksiya Tv rəhbəri Zaur Qəriboğlu məhkəməyə verildi

Bloqtvaz.ru , az.rusazunion.ru saytina istinad edərək xəbər verir ki , Tanınmış iş adamı və xeyriyyəçi, Rusiya Azərbaycanlıları İttifaqının və DünyaAzərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədov “Xural TV”-nin rəhbəri Əvəz Zeynalını və “Reaksiya TV”-nin rəhbəri Zaur Qəriboğlunu məhkəməyə verib. Əvəz Zeynallının rəhbərik etdiyi “Xural tv”-nin 19 may 2020-ci il tarixli “Siyasət meydanı” buraxılışında partiya rəhbəri Əli Əliyevlə: “Müdafiə Nazirliyini mənə versinlər, 6 aya Şuşanı qaytarım…” başlıqlı müsahibədə verilişin aparıcısı Əvəz Zeynallı tərəfindən Fizuli Məmmədov haqında tamamilə əsassız, qərəzli və təhqirdən ibarət yalan ifadələrə yer vermiş, onu heç bir əsası olmayan “dələduzluqda” ittiham etmişdir. Bundan başqa Zaur Qəriboğlunun rəhbərlik etdiyi “Reaksiya tv”-nin 24 may 2020-ci il tarixli buraxılışında “Müstəqil media ölümlə təhdid olunur: Zaur Qəriboğlu, indi də Əvəz Zeynallı” başlıqlı veriliş yayımlanmışdır. Zaur Qəriboğlu və Əvəz Zeynallının iştirak etdiyi verlişdə Fizuli Məmmıədovun ünvanına tamamilə əsassız, qərəzli və böhtan xarakterli fikirlər səsləndirilmiş, şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza zərər vuran, açıq-aşkar təhqir edən, şəxsiyyəti aşağılayan, böhtan xarakterli fikirlərə yer verilmişdir. Dəfələrlə adı çəkilmiş, ünvanına alçaldıcı ifadələr işlədilərək görüntüsü ekranda göstərilmiş, heç bir əsası olmayan cinayətlərdə ittiham edilmişdir. Fizuli Məmmədov vəkili vasitəsilə jurnalist Əvəz Zeynallıya və Zaur Qəriboğluna məktub ünvanlayaraq hər iki verliş zamanı haqqnda deyilmiş əsassız fikirlərə görə təkzib verərək üzr istəmələrini tələb etmişdir. Lakin müraciətə heç bir cavab verilməmiş və ondan üzr istənilməmişdir. Bu səbəbdən məsələyə məhkəmə qaydasında aydınlıq gətirilməsinə qərar verilmişdir. Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinə dair iddia ərizələri Binəqədi və Qaradağ rayon Məhkəmələrinə təqdim edilmişdir.

bloqtvaz.ru

Поделиться