BLOQTVAZ

Новостной портал Азербайджанцев России

İcma sədri: «Rusiyada bir ay ərzində azərbaycanlılarla digər millətlər arasında 4 kütləvi qarşıdurma yaşanıb»

«Rusiyada bir ay ərzində azərbaycanlılarla digər millətlər arasında 4 kütləvi qarşıdurma yaşanıb».

Bu barədə Moskva Azərbaycan İcmasının sədri Şamil Tağıyev Rusiyada yaşayan və fəaliyyət göstərən soydaşlarımıza video müraciətində deyib.

İcma sədri qeyd edib ki, Rusiya Federasiyasında millətlərarası münasibətlərlə məşğul olan hüquq mühavizə orqanlarının verdiyi məlumata görə, hazırki durum heç də ürək açan deyil. Belə ki, son bir ay ərzində paytaxt Moskvada azərbaycanlıların iştirakı ilə bir neçə etnik konfliktlər yaşanıb.

«Əziz soydaşlarımız, sizi provokasiyaya uymamağa çağırıram. Əgər bu cür problemlər yaşanırsa təşkilatımıza müraciət etməyinizi xaiş edirəm. Çünki bizim ağsaqqalların hörməti və təcrübəsi bu problemləri hüquq müstəvisində həll etməyə yetir», -deyə Şamil Tağıyev bildirib.

bloqtvaz.ru

Поделиться

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *