BLOQTVAZ

Новостной портал Азербайджанцев России

Fizuli Məmmədov Prezident İlham Əliyevi təbrik edib

“Dünya Azərbaycanlıları Mədəniyyət Fondu”nun rəhbəri Füzuli Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Vətən Müharibəsindəki qələbə münasibətilə təbrik ünvanlayıb.

Newscenter.az həmin təbrik məktubunu təqdim edir:Azərbycan respublikasının Prezzidenti, Zati-Aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Uzun illərdir işğalçı Ermənistan tərəfindən Ölkəmizə qarşı edilən təcavüzün qarşısı Sizin uzqaqgörən siyasətiniz və Azərbaycan ordusunun rəşadəti ilə dəf edilmiş və düşmənə layiq olduğu cavab verilmişdir. 27 sentyabr 2020-ci ildə başlayan Vətən Mühəribəsi üçrəngli bayrağımızin işğal altında olan bütün torpaqlarımızda dalğalanması ilə sonuclanmışdır. Siz söz verdiniz və hər zaman olduğu kimi yenə də sözünüzü tutdunuz. Bununla da bütün dünya, həmçinin yağı düşmən və onun havadarları gördü ki, Azərbaycan xalqı necə güclüdür və onun Sizin kimi güclü iradəyə, yüksək intellektə və böyük diplomatik zəkaya malik lideri vardır.

Möhtərəm cənab Prezident!

Uca Allah Sizi, ailənizi və bütün əsgərlərimizi qorusun! Sizin sayənizdə ulu öndərimiz Heydər Əliyevin və bütün Şəhidlərimizin ruhu şaddır! Siz yalan üzərində inşa edilmiş erməni mifini bütün dünyada darmadağın etdiniz. Xocalıda günahsız xalqımızın qanına əli batmış, insanlarımızı soyqırım etmiş qatillərdən qisasımızı şərəflə aldınız. Mən Sizin və bütün şəhidlərimizin qarşısında baş əyirəm. Tanrı Sizi qorusun!
Siz ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçiləndə söyləmişdiniz ki, mən 50 milyonluq Azərbaycanın prezidentiyəm. Bir diaspor rəhbəri kimi deyə bilərəm ki, Vətən Müharibəsi göstərdi ki, dünyanın harasında yaşamasından asılı olmayaraq güneyli, quzeyli, şərqli, qərbli 50 milyonluq Azərbaycan və 350 milyonluq türk dünyası Sizin yüksək əzmlə başlatdığınız haqq mübarizənizin arxasındadır. 350 milyonluq Türk dünyası Sizi özünün lideri hesab edir.

Möhtərəm cənab Prezident!

Bildiyiniz kimi son illər rəhbəri olduğum “Dünya Azərbaycanlıları Mədəniyyət Fondu” Azərbaycanda şəhid ailələrinin, Qarabağ əlillərinin, Qarabağ qazilərinin və onlarının ailə üzvlərinin müalicəsi, sosial həyat şəraitinin yaxşılaşmasına yardım məqsədi ilə bir sıra xeyriyyə tədbirləri həyata keçirmişdir. Bir ilə yaxındır ki, başlatdığımız bu xoşməramlı layhiyələri bəzii səbəblərdən dolayı dayandırmışıq. Əgər məsləhət olarsa yenidən bu layhiyyələrin davam etdirilməsinə başlamaq niyyətindəyik və xeyriyyə məqsədli işğaldan azad edilmiş torpaqlarımızın bərpası işlərində iştirak etmək və Sizin tövsiyyələrinizi həyata keçirmək istəyirik.

Möhtərəm cənab Prezident!

Sizi özümə yaxın dost, qardaş və Azərbaycanın əvəzolunmaz lideri hesab edirəm. Bu hər zaman belə olub və indidə belədir. Hazırda rəhbərlik etdiyim, Rusiyada və Avropada fəaliyyət göstərən şirkətlərim bütün imkanları ilə Sizin sərəncamınızdadır. Sizin xaricdə yaşayan iş adamlarına və həmvətənlilərimizə etdiyiniz çağrışları dəstəkləyirik.

Qələbəmiz mübarək cənab Ali Baş Komandan.
Qarabağ Azərbaycandır!
Yaşasın Azərbaycan!

Böyük hörmətlə,
“Dünya Azərbaycanlıları Mədəniyyət Fondu”nun rəhbəri

Füzuli Məmmədov
İtalya, Milan şəhəri.

Поделиться

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *