BLOQTVAZ

Новостной портал Азербайджанцев России

Azərbaycan Bayragi ordenli Qarabag qazisi Alim Əliyev əbədiyata qovuşdu.

Bu gün Azərbaycanın şərəfli, mərd, vətənpərvər oğlu ALİM QƏZƏNFƏR oğlu ƏLİYEV əbədiyyata qovuşdu. Azərbaycanın qəhrəman övladı 90-cı illərin əvvəlində 2 (iki) az yaşlı qızlarının göz yaşlarına baxmayaraq, könüllü olaraq torpaqlarımızı yağı düşməndən azad etmək ücün müharibəyə yollandı. Alim Əliyevin sücaəti bu günə kimi dillər əzbəridir!

Qumbaraatan tağımının komandiri (LAMPA ləqəbli) Alim Əliyev 15 dekabr 1993-cü il tarixdən 19 yanvar 1994-cü ilədək düşmənin 5 (beş) Tankını və 1 PDM (Piyada döyüş maşını) Faqor tipli raketlə məhv etmişdir. Bu sücaətlərə görə, Azərbaycan Respublikasının Prezidenti Ulu Öndər Heydər Əliyev, 15 yanvar 1995-ci il fərmanı ilə Alim Əliyevi “Azərbaycan Bayraği” ordeni ilə təltif etmişdir. Hərbi-ictimai fəallığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü il 4 fevral tarixli Sərəncamı ilə Alim Əliyev “Tərəqqi medalı ilə təltif edilmişdir. Həmcinin, Həmkarlar İttifaqında xidmətlərə görə bir necə medallara layiq görülüb. Ümumilikdə Alim Əliyevi başcılıq etdiyi tağım düşmənin 8 tankını və 1 PDM-ni məhv edib. Beyləqan rayonun müdafiəsində qəhramanlıq göstərmiş şəxs kimi tarixə düşən baş leytenant Əliyev Alim   Ağdaş yüksəkliyində 2 doyüş tankımi vurmaq ilə, ermənilərin hücümunu alt üst etmiş və geri cəkilməyə məcbur etmişdir.

Qarabağ qazisi, Əliyev Alim, Sosialist Əməyi Qəhrəmani Qəzənfər Əliyevin övladı, Vətənimizin qəhrəman övladı hər zaman qəlbimizdə yaşayacaq! Nə qədər ki, bizlər var, sən yaşayacaqsan Alim! Sənin son arzun Gəncənin fəxri xiyabanında atanın yanında dəfn olunmaq idi, bu arzunda yerinə yetirildi.

Onuda bildirmək istəyirik, ki Alim Əliyev 704№ hərbi hissədə qulluq etmişdir. Həmin hərbi hissə müharibə dövründə Cəlilabad rayonun Prişib şəhərciyində, indiki Göytəpə şəhərində yerləşir. 
Alim Əliyevin qaradaşi oglanlari Ramil və Elmir Əliyevlər Rusiyada taninmiş diaspora fəallaridirlar.
Alimin ailə üzvlərinə, yaxinlarina dərin hūznlə baş saglığımızı catdırırıq.
Allah rəhmət eləsin!

PATRIOT TV kanalinin baş redaktoru
Ceyhun Əliyev.

Поделиться

3 комментариве к “Azərbaycan Bayragi ordenli Qarabag qazisi Alim Əliyev əbədiyata qovuşdu.

  1. Ulu Tanrıdan Rəhmət diləyirik. Torpağı sükutla dolsun, Ruhu şad olsun.

  2. Allah qəni-qəni rəhmət eləsin, məkanı cənnət olsun.

Добавить комментарий для Elxan

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *